Tramp-Putin, Varşava görüşü baş tutmadı
Bir çoxlarının ümidlərlə gözlədikləri Putin-Tramp -Varşava görüşü baş tutmayacaq. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, iki ölkə rəhbərinin görüşünə hazırlsşmaq ciddi hazırlıq tələb edir, hazırda belə bir tələb və şərait yoxdur.
Xatırladırıq ki, ABŞ prezidenti və onun administrasiyası belə bir görüşün baş tutması və Ukrayna münaqişəsinin müzakirəsini danışqlar masasına gətirmək üçün bütün gücünü ortaya qoyur. Yəni, ortalıqda Ryabkovun "yoxdur" dediyi "tələb" də var, şəraitdə. Lakin, Rusiya tərəfi prezidentlərin görüşündə, Ukrayna üçün qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürürməkdə davam edir.
ABŞ prezidenti Donald Tramp, ən azından atəşin dayandırılması müqabilində, antirusita sanksiyalarının yumşaldılması, Moskva ilə Vsşinqton arasında iqtisadi və ticatət əlaqələrinin genişləndirilməsi təklifləri ilə, belə demək olarsa, müəyyən güzəştlərədə getməyə hazır olduğunu bildirir. Lakin, "İmperiyanın bərpası" xülyaları ilə yaşayan Rusiya lideri, hətta bu təklifləri də rədd edir və Ukraynanın faktiki olaraq, təslim olmasını tələb edir.
Ukrayna prezidenti Volodimir Zelenski, Trampın atəşin dayandırılması, danışıqlara başlanması təklifini qəbul edir və hətta müəyyən güzəştlərə belə getməyə hazır olduğunu bildirir. Əks halda, ərazilərinin bərpa edilməsi üçün sonadək mübarizə aparacaqlarını bəyan edir.
Dəfələrlə qeyd etdiyimiz kimi, bu gedişlə "xəmir hələ çox su aparacaq". Sonu görünməyən müharibə isə, davam edir...
Rüstəm Hacıyev
Digər Xəbərlər
24 Dekabr 2025 12:53
Çin 100 milyon ton neft ehtiyatı aşkar etdi
24 Dekabr 2025 11:58
Tramp Paşinyana hədiyyə göndərdi
24 Dekabr 2025 11:38
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
24 Dekabr 2025 11:25
Rifah və sağlamlıq: Türk üslubunda kompleks istirahət - FOTOLAR
24 Dekabr 2025 11:24
Qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapıldı
24 Dekabr 2025 10:50
“Pezeşkiana qarşı mövcud sistemin qara pərdələr arxasında oturanları...”
24 Dekabr 2025 10:50
“Paşinyanın bu siyasətinin Kremldəkiləri məmnun etdiyini söyləmək çətindir”
24 Dekabr 2025 10:01


Bakı -°C

