"Tramp Rusiya ilə Ukrayna arasında möhkəm sülh üçün səy göstərir"
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında möhkəm və davamlı sülhə nail olmaq üçün bütün səylərini göstərir.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva və Kiyevə səfərlərinin yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.
O xatırladıb ki, Trampın göstərişi ilə amerikalı danışıqçılar Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılmasına yönəlmiş dialoqu təşviq etmək üçün Moskva ilə Kiyevə səfər ediblər.
Xüsusi nümayəndənin sözlərinə görə, onun, Cared Kuşnerin və ABŞ Milli Təhlükəsizlik Şurasının, Dövlət Departamentinin və Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin daxil olduğu ABŞ nümayəndə heyəti həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Tərəflər hər birinin təkliflərini müzakirə ediblər.
"Kiyevdə gələcək yolu birgə müəyyən etmək üçün Birləşmiş Krallıq, Almaniya və Fransadan olan milli təhlükəsizlik üzrə məsləhətçilər də nümayəndə heyətlərinə qoşulublar. Əhəmiyyətli irəliləyişlər əldə olunub, o cümlədən əlavə üçtərəfli danışıqların planlaşdırılması məsələsində. Prezident Tramp qətlləri dayandırmaq, həmçinin möhkəm və davamlı sülh üzərində işləmək üçün bütün səylərini göstərir", - Uitkoff vurğulayıb.
Digər Xəbərlər
12 Oktyabr 2026 10:38
İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı
12 Oktyabr 2026 10:22
Neft tankeri Hörmüzdə minaya düşdü - VİDEO
12 Oktyabr 2026 09:48
“Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
12 Oktyabr 2026 09:46
Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi
12 Oktyabr 2026 09:30
Polşanın Baş nazirini öldürməklə hədələyən şəxs saxlanıldı
12 Oktyabr 2026 09:10
Tramp 41 illik qərarı bir imza ilə ləğv etdi
11 Oktyabr 2026 15:53
İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü - VİDEO
11 Oktyabr 2026 15:49


Bakı -°C

