Tramp "skazal", Tramp "sdelaet" -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
83 | 2025-02-05 11:27

Birləşmiş Ştatlar yaxın dörd həftə ərzində İordan çayının qərb sahillərinin  kimə məxsus olacağına dair plamlarını açıqlayacaq.

 Məhz onda məlum olacaq ki, Vaşinqton İsrailin bu ərazilərə suveren hüquqlqrını tanıyacaq, ya yox. Bu barədə, Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında  ABŞ prezidenti Donald Tramp bəyan edib.

 "Biz bu məsələni israilin bir çox nümayəndələriylə müzakirə edirik. Bu ideya insanların xoşuna gəlir, lakin biz hələ ki, heç bir mövqe tutmamışıq. Amma biz yaxın dörd həftə ərzində öz qərarımızı açıqlayacağlq"- deyə Tramp bildirib.

  Amerikan prezidenti fələstinlilərun Qəzza bölgəsindən çıxarılaraq, digər ərəb ölkələrinə köçürülməsini istəyir.  Onun fikirincə, bu regionda stabilliyin yaranması üçün ən yaxşı variantdır. ,Tramp da, Stalin kimi düşünür ki, "adam yoxdursa, problem də yoxdur". 

 İndi, amerikan prezidenti Vaşinqtonda oturub, kimin harda yaşamasına, kimin hardan-haraya köçürülməsinə dair qərarlar verir.  Özü də elə bil dədəsinin evdir, fələstinlilərin Misirə və İordaniyaya yerləşdirilməsini də müəyyənləşdirib. Yəni Misirin və İordaniyanın bu köçürülməyə razı olub-olmamasının Tramp üçün əhəmiyyəti yoxdur.  Qızza bölgəsundə yaşayan fələstinlilərin də bu barədə nə düşündükləri ABŞ prezidenti üçün maraqlı deyil. 

"Samed skazal, Samed sdelal". Rəhmətlik "toylar kralı" müğənnimiz Səməd Səmədovun sözləri yadıma düşdü. İndi ABŞ-ın köhnə-yeni prezidenti Donald Tramp da, deyəsən rəhmətlik sənətkarımız kimi, "Tramp skazal, Tramp sdelaet" prunsipiylə hərəkət etməyə üstünlük verəcək. 

 Rəsmi olaraq vəzifəsinə başlamasından cəmisi iki həftə keçməsinə baxmayaraq, Tramp artıq özünü bütün dünyanın ağası hesab etməyə başlaylb. Ordan Çinə, burdan Avropa İttifaqına, bu tərəfdən Rusiyaya, o tərəfdən UKraynaya, nə bilim Yaxın Şərqdə ərəblərə, israillilərə kimin nə edıcəyi, kimin necə yaşayacağı, kimin hansı addımları ata biləcəyi barədə bəyənatlar, qərarlar verir...

 Yer kürəsunin "sahibidir" də...
Yadıma bir lətifə düşdü: "Kişi dostları ilə babat vurub evə gəlir, görür ki, arvadı mətbəxdə qabları yuyur. Əlin möhkəm stola vurub:"Bu evin kişisi mənəm, mən nə desəm o da olmalıdlr"- deyə arvadlnın üzünün qarşısında yumruğunu fıtladır. Arvad əlindəki sapılca ilə kişinin başına nətər vurursa, kişi tir-tap mətbəxin döşəməsinə sərilir. Bu vaxt qonşu arvad gəlir, kişini yerdə uzanmış vəziyyətdə görüb: "boy bu kişi niyə yerdə uzanıb?"- deyə soruşur. Evin xanımı: "Evin kişisidi də, ürəyi harda istəyir orda da uzanır"- deyə cavab verir.

 İndi deyəsən özünü dünyanın ağası hesab edənin də, başına "sapılca" dəyməyənəcən, ağlına gələn qərarları verəcək...

 

TƏQVİM / ARXİV