03 Fevral 2025 13:22
83
DÜNYA

Tramp Ukraynada müharibəni bitirməklə bağlı planı ictimaiyyətə açıqlamayıb - Duda

“ABŞ Prezidenti Donald Tramp bir neçə ay ərzində Ukraynada müharibəni bitirməyi vəd etsə də, bununla bağlı planı ictimaiyyətə açıqlamayıb”.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andrjey Duda deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında sülh əldə olunduqdan sonra rəsmi Kiyevə ölkə iqtisadiyyatının bərpası, eləcə də daxili təhlükəsizlik məsələlərində dəstək göstərilməlidir:

“Çünki bu, çox vacibdir. Ukraynaya kömək üçün qoşunların bu ölkənin ərazisində yerləşdirilməsi heç də vacib deyil. Tramp Administrasiyası tərəfləri danışıqlara dəvət edəcəksə, bizim orada iştirakımız rəsmi Kiyevin də maraqlarına cavab verir. Rusiya imperializminin dirçəlməkdə olduğunu nəzərə alsaq, bu məsələdə Ukrayna ilə mövqelərimiz üst-üstə düşür” – deyə, A. Duda fikirlərini tamamlayıb.