Tramp və Mask qərar verdi: USAİD "dağıdıldı", veb sayt bağlandı
jpg-1738566493.jpg)
Xəbər vermişdik ki, ABŞ Prezidenti D.Tramp beynəlxalq yardım proqramları üçün maliyyəni dondurur. Xatırlayırsınızsa, xəbərdə bildirmişdik ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2024-cü ilin sentyabrında Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. ABŞ dünyanın ən böyük yardım təminatçısı olan USAİD və Oxfam America -nın fəaliyyəti ən azı 3 ay dayandırılacaq.
Adalet.az xəbər verir ki, USAID internet saytı heç bir izahat verilmədən bağlanıb. Donald Trampın ABŞ tərəfindən maliyyələşdirilən xarici yardım və inkişaf proqramlarının dondurulması ilə bağlı məşhur qərarı CNN yayıb
Əvvəllər bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp USAID-i müstəqil agentlik kimi ləğv etmək və Dövlət Departamentinin tərkibinə daxil etmək barədə düşünür.
Qeyd edək ki, Trampın bu qərarına USAID-in keçmiş rəsmisi Ceremi Konindik etiraz etmiş, açıqlamasında demişdi ki, bu, dəlilikdir:“Bu, insanları öldürəcək. Demək istəyirəm ki, o qeyddə yazıldığı kimi həyata keçirilsə, çox insan öləcək”.
Yəqin ki, yeniliklərə və dəyişikliklərə israrlı olan Tramp onun etirazını vecinə almayıb. Görünən odur ki, USAİD həvəslə Ermənistan üçün ayırdığı 250 milyon dollarlıq ianəni ünvana çatdıra bilməyəcək.
Yeri gəlmişkən amerikalı milyarder, Tramp adminisyrasiyası komandasının aparıcı üzvlərinfən bir sayılan İlon Mask, özünün X sosial səhifəsində, ABŞ-ın beynəlxalq inkişaf təşkilatı USAİD-i cinayətkar təşkilat adlandırıb:"USAİD-cinayətkar təşkilatdı. Onun ölmək vaxtıdır"- deyə milyarder bəyan edib. Daha sonra isə, İlon Mask səhifəsinə əlavə etdiyi məqalədə bu təşkilatı, "Amerikaya nifrət edən sol radikal marksist ilan yuvası" adlandırıb.
İlon Mask, daha sonra bu təşkilatı milyonlarla insan ölmünə səbəb olan virusların, o cümlədön COVİD 19-un hazırlanması və yayılmasını maliyələşdirməkdə günahlandırıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
