14 Iyul 2024 09:40
240
DÜNYA

Trampa sui-qəsd cəhdi olundu - VİDEO

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi olub. 

Adalet.az xəbər verir ki, hadisə Pensilvaniya ştatının Batler şəhərində seçicilərlə görüş zamanı baş verib. Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb. Tramp qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribundan düşərkən onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsi ilə canlı yayımlanıb.

Donald Trampın seçki kampaniyasının mətbuat xidməti keçmiş prezidentin vəziyyətinin yaxşı olduğunu və tibb müəssisəsində müayinədən keçdiyini bildirib. Məxfi Xidmət də keçmiş prezidentin təhlükəsiz şəraitdə olduğuna dair məlumat yayıb. Ağ Ev isə Prezident Co Baydenin baş vermiş hadisə ilə bağlı məlumatlandırıldığını açıqlayıb.

Bildirilir ki, sui-qəsdi təşkil edən şəxs də hadisə zamanı ölüb. Sui-qəsd cəhdi 20 yaşlı Tomas Metyu Kruks tərəfindən törədilib. İnsidentin detalları hələlik açıqlanmayıb.