Trampın İrana qarşı hücumu dayandırmasına rəsmi Tehrandan cavab
İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn ər-Rza ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatın dayandırıldığını açıqlamasına münasibət bildirib.
Adalet.az xəbər verir ki. o, “X” sosial şəbəkəsində paylaşdığı mesajda yazıb:
“Biz nə təəccüblənəcəyik, nə də passiv olacağıq; hər bir təhdidi hazırlığımızı artırmaq, çəkindirməni gücləndirmək və müdafiə gücümüzü inkişaf etdirmək üçün əsas kimi qəbul edəcəyik”.
Bu, Trampın İran və region ölkələrinin müraciəti əsasında hərbi əməliyyatlardan imtina etdiyini bildirməsindən sonra İran hərbi rəhbərliyindən verilən ilk rəsmi reaksiya kimi qiymətləndirilir.
Hələ parlamentdən etimad səsi almadığı və müdafiə nazirliyinə müvəqqəti rəhbərlik etdiyi bildirilən İbn ər-Rza əlavə edib ki, düşmənin son açıqlamaları psixoloji əməliyyat və təsir kampaniyasının bir hissəsi kimi qiymətləndirilsə də, İran bütün təhdidləri real və ciddi hesab edir.
Digər Xəbərlər
02 Avqust 2026 14:20
Sloveniya Prezidenti yol qəzasına düşdü - Xəstəxanaya yerləşdirildi
02 Avqust 2026 14:15
Cənubi Koreyada rekord istilər qeydə alındı
02 Avqust 2026 13:30
Paşinyan və Nazirlər Kabineti səlahiyyətlərini dayandırdı
02 Avqust 2026 09:15
"İrana hücumu ləğv etməyə razı oldum" - Tramp
01 Avqust 2026 13:56
Ukrayna iri neft emalı zavodunu VURDU
01 Avqust 2026 13:39
Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb
01 Avqust 2026 09:24
ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi: Daha 43 şirkət “qara siyahı”ya salındı
01 Avqust 2026 08:50


Bakı -°C

