Ukrayna iri neft emalı zavodunu VURDU
Ukrayna Silahlı Qüvvələri avqustun 1-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufadakı "Başneft-Ufaneftexim" neft emalı zavoduna, eləcə də Krım və Ukraynanın cənubunda yerləşən bir sıra hərbi obyektlərə zərbələr endirib.
Adalet.az xəbər verir ki, zərbə nəticəsində Ufadakı neft emalı zavodunda yanğın başlayıb.
Qeyd edək ki, "Başneft-Ufaneftexim" Ufanın şimal sənaye zonasında yerləşir və "Rosneft" şirkətinin tərkibinə daxil olan "Başneft" qrupuna məxsusdur. Zavod ildə 8,2 milyon tona qədər neft emal edir, avtomobil yanacağı, neft koksu, mayeləşdirilmiş qaz, kükürd və aromatik karbohidrogenlər istehsal edir.
Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krım və Ukraynanın cənubunda yerləşən Rusiyanın bir sıra hərbi obyektlərinə də zərbələr endirildiyini açıqlayıb.
Bildirilib ki, əsas hədəflərdən biri Krımın Çornomorskoye qəsəbəsində yerləşən pilotsuz dəniz katerlərinin bazası olub. Ukrayna tərəfinin məlumatına görə, burada Qara dənizdə döyüş və xüsusi əməliyyatlarda istifadə olunan katerlər saxlanılır, hazırlanır və onlara texniki xidmət göstərilirdi.
Baş Qərargahın məlumatına əsasən, Çonqar yaxınlığındakı Sivaş dəmir yolu körpüsü və Vladislavovka yaxınlığındakı daha bir dəmir yolu körpüsü də vurulub. Qeyd olunub ki, bu körpülər işğal altındakı Krımla Ukraynanın cənubundakı işğal olunmuş ərazilər arasında canlı qüvvə, hərbi texnika, silah və sursatın daşınmasında istifadə olunan mühüm logistika marşrutlarıdır.
Ukrayna ordusu həmçinin Sevastopolda Rusiya Qara dəniz donanmasının radioelektron kəşfiyyat bölməsinə zərbə endirildiyini açıqlayıb.
Bundan başqa, Krımın Pervomaysk rayonunda təmir-bərpa bazası, Xerson vilayətinin işğal olunmuş hissəsində Podovoye yaxınlığında maddi-texniki təminat anbarı və Zaporojye vilayətinin Tokmak rayonu yaxınlığında pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarın da vurulduğu bildirilib./apa
Digər Xəbərlər
01 Avqust 2026 13:39
Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb
01 Avqust 2026 09:24
ABŞ Çinə qarşı sanksiyaları genişləndirdi: Daha 43 şirkət “qara siyahı”ya salındı
01 Avqust 2026 08:50
53 mindən çox miqrant geri qayıdıb
01 Avqust 2026 08:34
İran sanksiyalardan belə yayınıb
01 Avqust 2026 08:25
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - 9 ölü, 23 yaralı
01 Avqust 2026 08:19
“ABŞ və İsrail bu həftəsonu İranı vuracaq”
31 Iyul 2026 18:01
Paşinyan Ermənistan dəmir yollarının Rusiya idarəçiliyindən çıxarılacağını açıqladı
31 Iyul 2026 18:00


Bakı -°C

