Trampın qələbəsi ABŞ-ın NATO-dan çıxmasına səbəb ola bilər
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampın qələbəsi ölkənin NATO-dan çıxmasına səbəb ola bilər.
Adalet.az xəbər verir ki, bu fikir şənbə günü “The New York Times“ qəzetinin məqaləsində yer alıb. Məqalədə bildirilir ki, diplomatlar arasında, eləcə də NATO ölkələrinin hökumətlərində narahatlıq artır. Qeyd edilir ki, Trampın qayıdışı təkcə Ukraynanın tərk edilməsi deyil, həm də Amerikanın (Avropa qitəsindən) çıxması və Şimali Atlantika Alyansının dağıdılması anlamına gələ bilər.
“Avropada Trampın ikinci prezidentliyinin ABŞ-ın NATO-dan çıxmasına səbəb olacağından qorxurlar” - nəşr NATO Avropa Müttəfiqlərinin keçmiş Ali Baş Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridisin sözlərinə istinad edir:
“Bu, ölkəmiz üçün böyük strateji və tarixi uğursuzluq olacaq”.
Qeyd olunur ki, Avropa ölkələrinin əksər nümayəndələri Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə hansı yanaşmadan istifadə edəcəyini bilmir. Nəşrin yazdığına görə, kiçik dövlətlər Amerika silahlarının alınması və ya tərifli jestlər vasitəsilə Trampla münasibətləri yaxşılaşdırmağa cəhd edə bilərlər.
Digər Xəbərlər
01 Oktyabr 2026 23:45
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
01 Oktyabr 2026 19:17
“Kalininqrad məsələsində ambisiyalarınızı boğun” - Peskov
01 Oktyabr 2026 18:42
Hörmüzdə üç gəmi vuruldu
01 Oktyabr 2026 12:26
Təyyarədə 170-dən çox şəxsi baxdığı veriliş sayəsində xilas edibmiş
01 Oktyabr 2026 12:19
"Məqsədimiz sülh sazişinin imzalanması və ratifikasiyasıdır" - Paşinyan
01 Oktyabr 2026 11:59
Rusiyada miqrant övladları ilə bağlı yeni qərar – Təhsil ödənişli olacaq
01 Oktyabr 2026 10:47
“Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb...”
01 Oktyabr 2026 09:27


Bakı -°C

