adalet.az header logo
  • Bakı -°C
23 Avqust 2026 20:40
54
İDMAN
A- A+

"Turan Tovuz" - "Şamaxı" oyununda qalib müəyyənləşmədi

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Adalet.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb.

Meydan sahibləri ötən tur "Qəbələ"yə qalib gəlib (1:0), qonaqlar isə "Qarabağ"a (1:3) uduzub.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olacaq.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.