adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
22 Iyun 2022 16:48
144
DÜNYA

Türkcəyə qarşı allergiyanın səbəbi nədir? - Soner Yalçın yazır

Namaz, ərəbcə deyil, farsca…

Oruc ərəbcə deyil, farsca…

Dəsatəmaz ərəbcə deyil, farsca…

Peyğəmbər ərəbcə deyil, farsca…

Müsəlman ərəbcə deyil, farsca…

Xuda ərəbcə deyil, farsca…

Rəbbəna farsca, Səhabə farsca…

Mövla farsca… Xoca farsca, molla farsca, Dərviş farsca, pir farsca, dərgah farsca, çilə farsca, türbə-türbədar farsca, ney farsca, niyaz farsca, günah-günahkar farsca, kafir farsca, bəd dua farsca,kəramət farsca, təsbeh farsca, lülə farsca, çarşaf farsca, təkkə farsca, münzəvi farsca, dəstur farsca, mövlud farsca, sancaq farsca, cahan farsca…

Bu gün İslamı yaşayarkən, anladarkən istifadə cetdiyimiz sözlərin çoxusuərəbcə deyil, farscadır.

Yaxşı...

Türkcə adını eşidən kimi niyə bəziləri sərt reaksiya verir?

İslam ilə türk dilinin yan-yana gəlməyini niyə istəmirlər?

Türkcəyə qarşı allergiyanın səbəbi nədir? Bu düşmanlıqdırmı?

İbranicə "Rab” deyərsən, səsləri çıxmaz, türkcə Tanrı deyərsən, aləmi dağıdarlar.

Tayyibiyyə azanı

Deyir ki, zati-möhtərəm:

"Azan dünyanın hər yerində eynidir!”.

Görəsən, bilmirlər ki, İslam dünyasının yarısı başqa, yarısı da başqa azan verir?

Çox da uzağa getməyək…

Səudiyyə Ərəbistanının tez-tez bombaladığı, qətliyamlar törətdiyi Yəməndə, İrandan dəstək alan şiə husilər Ənsarullah iqtidara gələn kimi ilk olaraq nə etdi:

Dövlət televiziyasında "yeni azan” oxutdu. Çünki onlara görə azan Səudiyyə ərəbləri tərəfindən təhrifə uğrayıb.

Şiələr azana bu cümləni əlavə ediblər: "Əşhədu ənnə Əliyyən Vəliyullah”. Yəni "Mən iman gətirirəm ki, Əli Allahın vəlisidir”.

Şiələr iddiasına görə, ilk azanda bu söz var idi, amma Məhəmməd peyğəmbərin ölümündən sonra Ömər bunu azandan çıxartdı.

İsmayılliyyə, Mustaliyyə, Tayyibiyyə kimi məzhəblər azana bir əlavə də elədilər:

Məhəmmədin və Əliyin qəyril-bəşər və itratu-huma qəyril itar.

Yəni "Məhəmməd və Əli ən uca insandır və onların soyları ucadır.

Kimi bu sözləri oxuyarkən bir dəfə söyləyər, kimisi iki dəfə. Nə isə…

"Dünyanın dörd bir yanında azan eynidir” deməyin!

Həqiqətən də siz Türkiyədəki şiə məscidlərində azanın necə oxunmağını bilirsinizmi?

Baxın:

Din insanları birləşdirib ədalətli bir cəmiyyət yaratmaq məqsədi güdür.

Dini rituallar bu müqəddəs qayənin sadəcə açarlarıdır. İslamiyyət semvollara məhkum edilməməlidir. Edilsə belə bu sadəcə "Qardirob müsəlmanığı” olar.

Osmanlıda türkcə ibadət

Abdullah İbni Zeyd (591-652)…

"Sâhibü'l-Azan” ləqəbiylə tanınan Mədinəli səhabə.

Hicrətin birinci ilində "Məscidi Nəbəyi” tamamlananda müsəlmanların necə çağırılacağı mövzusunu Hz. Məhəmməd səhabəsinə açır.

Kimisi…. "Namaz vaxtı məscidin başına bayraq asaq” dedi.

Kimisi "Zəng çalaq” dedi.

Kimisi "Boruyla çağıırış edək” dedi.

Kimisi isə "Məşəl yandıraq” dedi.

Hz. Məhəmməd bu təkliflərlə razılaşmadı.

Bir gün…

Abdullah İbni Zeyd, səhər erkəndən Hz. Məhəmmədin hüzuruna gələrək yusunu danışdı. Yuxusunda iki qat yaşıl paltar geyinmiş bir adamın qibləyə dönüb yüksək səslə "Allahu Əkbər” deyə başlayaraq azan oxumuşdu.

Hz. Məhəmməd namaz zamanı müsəlmanların məscidə Azanla çağırılmasını qərar verid.

Bəli, azan sünnət…

Amma hər dövrdə də bir mübahisə mövzusu oldu.

Məsələn, ilk minarələr Müaviyyənin əmriylə 673-də Qahhirədəki Əmr ibn əl-as məscidinin dörd küncünə tikdirildi.

Amma minarədən azan oxunmasına qarşı çıxanlar oldu.

Səs gücləndiricidən də azan oxunması sərt reaksiya gördü. Bizdə də Din işləri naziri Hamdi Akseki qarşı çıxdı, vəfatından sonra 1951-də ilk dəfə buna Eyyub məscidində cəhd olundu.

Zamanla…

Minarələr "səs gücləndirici dirəyi” halına gəlib çıxdı.

Yüksək azan səsi bugün hətta bəzi müsəlmanları çilədən çıxarır.

Gələk türkcə mövzusuna.

Osmanlıda türkcə ibadət mübahisələri 19-cu yüzillikdə başladı. Banisi Ali Suavi oldu. II Əbdulhəmid dövründə Bəyazit məscidi və Ayasofya məscidi kürsülərində xalqa türkcə xütbələr oxudu. "Ulüüm” qəzetində "Lisan və xəəti-türki” namaz surələrinin türkcələşdirilməsini, türkcə namaz qılınması müdafiə edildi. Referans qaynağı İmam Əzəm Əbu Hənifənin "Hər millətin Quranı öz dilinə tərcümə edərək ibadət edə biləcəyi” fətvası idi.

 

Bu tarixi həqiqətlərin bugün deyilməsinin qarşısı alınır.

Çünki kimlərsə…

Allaha din öyrətmək istəyirlər.

 

Dilimizə uyğunlaşdıran: Eminquey