Türkiyə ABŞ-dən 40 ədəd F-16 alır

Türkiyə rəsmiləri Amerika tərəfinin yeni F-16 Block-70/72 döyüş təyyarələrinin alınması və mövcud təyyarələrin modernləşdirilməsi ilə bağlı göndərdiyi təklifin qəbul edilməsi məktubunu imzalayıb.
Adalet.az xəbər verir ki, söhbət 23 milyard dollarlıq layihədən gedir. ABŞ Dövlət Departamenti bu faktı sövdələşmənin həyata keçirilməsi istiqamətində ciddi addım adlandırıb.
Xatırladaq ki, Ankara 2024-cü ilin fevralında Vaşinqtondan yeni döyüş təyyarələrinin alınması və köhnələrinin modernləşdirilməsi ilə bağlı sazişin həyata keçirilməsinə dair təklif və təsdiq məktubları layihəsi alıb. Sövdələşmə yanvar ayında Amerika səlahiyyətliləri tərəfindən təsdiqlənib.
Ümumilikdə Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D) variantlarında 40 ədəd F-16 Block-70/72 qırıcısı, eləcə də türk təyyarələrinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün lazım olan 79 avadanlıq dəsti almağı planlaşdırır.
Digər Xəbərlər

Baydenin əvəzinə sənədləri kimlərin imzaladığı məlum olub

Husilər İsrailin hava limanını bombaladı

Nümayəndə heyəti İstanbula gedir - Zelenski TƏSDİQLƏDİ

Rusiya hərbi aerodromlarına PUA hücumu - 40 hərbi təyyarə vurulub - VİDEO

Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü

Rusiya Ukraynanın təlim bölməsinə zərbə endirib - 12 ölü, 60-dan çox yaralı var

Putin Paşinyanı təbrik etdi
