adalet.az header logo
  • Bakı -°C
13 Aprel 2026 16:02
78
DÜNYA
A- A+

Türkiyə geyim brendləri Rusiyanı tərk edir

Türkiyənin "Oxxo", "Club", "NetWork" və "Mudo brendləri Rusiyada mağazalarını bağlayır.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır. 

Qeyd olunur ki, Türk milyarder Hüsnü Özyeginin “Fiba Retail Group” şirkətinə məxsus Rusiyadakı bu brendlər ötən il 716,3 milyon rubl xalis zərər edib.

Onların idarəetmə şirkəti olan "Marka Rus" ötən il artıq 10 mağazasını bağlayıb, 20 mağazası isə qalıb və bunların hamısı 2026-cı ilin sonuna qədər fəaliyyətini dayandıracaq.

Türk brendlərinin bazardan getməsi, artan xərclər və istehlakçı davranışındakı dəyişikliklər səbəbindən Rusiya geyim bazarının daralması fonunda baş verir. "Forbes"in məlumatına görə, 2026-cı ilin əvvəlində Rusiya pərakəndə satış məntəqələrinin sayı 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə olaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb.