Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir"
"Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir".
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik”.
Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.
Digər Xəbərlər
24 Sentyabr 2026 20:45
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik
24 Sentyabr 2026 20:29
Si Cinpin süni intellektlə bağlı narahatlığını bildirdi
24 Sentyabr 2026 20:19
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
24 Sentyabr 2026 19:46


Bakı -°C

