16 Oktyabr 2025 11:28
86
DÜNYA

Türkiyə MN: Silahlı Qüvvələrimiz Qəzzada missiyaya hazırdır

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​Türkiyə Silahlı Qüvvələrinin Qəzzada yaradılacaq çoxmillətli əməliyyat qrupunda iştirak etməyə hazır olduğunu bildirib.

Adalet.az xəbər verir ki, Qəzzada atəşkəsdən məmnunluğunu ifadə edən nazir Gülər ​​bu atəşkəsin ədalətli iki dövlətli həllin başlanğıcı olacağına ümid etdiyini vurğulayıb.