08 Sentyabr 2024 13:59
78
DÜNYA

Türkiyə ordusu 16 terrorçunu ZƏRƏRSİZLƏŞDİRDİ

Suriya və İraqın şimalında 16 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində 15 PKK/YPG terrorçusunu, İraqın şimalında Qəndil bölgəsində 1 PKK terrorçusunu zərərsizləşdirib.