Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında görüş oldu
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Adalet.az xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) yayıb. Bildirilib ki, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, tərəflər regiondakı vəziyyətə xüsusi diqqət yetiriblər.
“Nazirlər bir daha regionun davamlı və sabit inkişafı üçün sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar və bu prosesdə həm Gürcüstanın, həm də Türkiyənin xüsusi rolunu qeyd ediblər”, - məlumatda bildirilib.
Digər Xəbərlər
20 Dekabr 2025 19:50
Şərqin incisi sayılan, turistlərin heyran qaldığı Halfeti – FOTOLAR
20 Dekabr 2025 19:15
Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək
20 Dekabr 2025 18:14
Türkiyə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir
20 Dekabr 2025 17:00


Bakı -°C

