Türkiyə XİN-dən Netanyahuya CAVAB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin Baş naziri Benyamin Netanyahunun qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatını rədd edib.
Adalet.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.
“Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlaması keçmişdəki kədərli hadisələri siyasi istismara çəkməyə hədəflənmiş bir təşəbbüsdür. Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüququ həqiqətlərə uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik”, - Türkiyə XİN bildirib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu müsahibəsində İsrailin Baş naziri olaraq "erməni soyqırımı"nı tanıdığını elan edib.
Digər Xəbərlər

KİV: Cənubi Qafqaz artıq Rusiyanın "arxa bağçası" deyil

Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında TƏXRİBAT: Saxlanılanlar var - FOTO

ABŞ-də Konqresə namizəd Quranı yandırıb - VİDEO
jpg-1756278181.jpg)
Türkiyə-İsrail gərginliyi: Netanyahu "erməni soyqırımını" tanıdı

İsraillə qarşıdurmaya hazırıq - İran

Zelenski-Putin danışıqları Türkiyədə baş tuta bilər

Növbəti müharibədə təmkinli olmayacağıq - Qalibaf
