Fransa səfirinin diplomatik fəaliyyəti başa çatdı

Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Ann Buayonu ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.
Vaşinqton görüşü çərçivəsində "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflanması, habelə keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar birgə müraciətin ünvanlanmasının əhəmiyyəti qeyd olunub.
Səfir Ann Buayon, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Ceyhun Bayramovla uqandalı həmkarı arasında görüş keçirilib

Türk dövlətləri ilə iqtisadi əməkdaşlıq dərinləşib

”Hazırlıq işləri göstərir ki, “Ər-Riyad 2025” ən yaddaqalan idman tədbirlərindən biri olacaq” - FOTOLAR

Tarixi missiya

Şahin Mustafayev: "Fars Körfəzini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"

İlham Əliyev moldovalı həmkarını təbrik edib

"Azərbaycan Ordusu özünü döyüş meydanında nümayiş etdirdi" - Prezident
