Türkiyə XİN-in nümayəndəsi: Azərbaycan TDT-yə liderlik edir
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü sübut etdi ki, Azərbaycan bu təşkilata liderlik edir.
Adalet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi, Ankara şəhər Diplomatiya Şurası İdarə Heyətinin üzvü səfir Metin Kılıç bildirib.
Azərbaycanın Mərkəzi Asiyadan Anadoluya qədər önəmli keçid nöqtəsi olduğunu deyən səfir onun regionda və dünyadakı rolunu belə dəyərləndirib:
"Zəngəzur dəhlizinin əhəmiyyəti danılmazdır. Zirvədə də Çindən Özbəkistana və Qazaxıstana, oradan da Azərbaycana və Türkiyəyə uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhlizin çox önəmli olduğu ifadə edildi".
Azərbaycanın sülh tərəfdarı olduğunu, təhlükəsizlik və hərbi məsələlərə xüsusi diqqət ayırdığını isə diplomat xüsusilə təqdir edib:
"Bunlar Azərbaycanın bölgədə müstəqil siyasət apardığını göstərir. Türk dövlətlərinin öz aralarında iş birliyi qurmaları, hərbi təlimlər keçirmələri, Qazaxıstanın dediyi kimi, kibertəhlükəsizlik sahəsinə də fəaliyyət göstərmələri və nəhayət, sadalanan sahələrdə kollektiv müqavilə imzalamaları böyük əhəmiyyət kəsb edir".
Xatırladaq ki, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Digər Xəbərlər
30 Aprel 2026 23:48
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, Avropada birincidirlər" - Prezident
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 14:54
Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib
30 Aprel 2026 13:11
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
30 Aprel 2026 12:51
Əli Əsədov bu nazirliyin kollegiyasının tərkibini dəyişdi
30 Aprel 2026 12:46
Prezident Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışdı
30 Aprel 2026 12:45
"İdmançılarımızda qələbə əzmi çox güclüdür" - Dövlət başçısı
30 Aprel 2026 11:08


Bakı -°C

