adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Noyabr 2021 10:34
844
HADİSƏ

Türkiyədə 5 baldan yuxarı zəlzələ olub

Türkiyənin qərbində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Adalet.az-ın məlumatına görə, yeraltı təkanlar İzmir vilayətinin Urla şəhərində daha güclü hiss olunub.

Əsas təkanlardan sonra 4,3 və 2,8 bal gücündə afterşoklar qeydə alınıb.

Hər hansı bir itki və ya fəsad barədə məlumat daxil olmayıb.