Türkiyədə altı yaşlı qızı ərə veriblər
Türkiyədə azyaşlı ərə verilib.
“Hiranur Vakfı”nın qurucusu Yusif Ziya Gümüşelin illər öncə qızı H.K.G.-ni altı yaşında ərə verməsi hazırda Türkiyə gündəmində müzakirə mövzusu olub.
Qızın gəlinlik paltarında görüntüləri yayılıb. Azyaşlının 29 yaşlı Kadir İstekli ilə dini nikahı kəsilib.
Uşaq yaşlarından cinsi təcavüzə məruz qalan, hazırda 24 yaşı olan H.K.G. polisə şikayət edib.
Qarşı tərəf məhkəmədə altı yaşında uşağın ərə verildiyi barədə məlumatları təkzib edib. Onlar bildiriblər ki, qız 16 yaşında nişanlanıb və 17 yaşında ərə verilib.
Türkiyə sosial şəbəkələrində ciddi müzakirə olunan məsələyə tanınmış jurnalisti Ahmet Hakan da münasibət bildirərək, müvafiq qurumları hadisə ilə bağlı hərəkətə keçməyə çağırıb:
“İttiham aktını gördüm. Bu, pedofillikdir. Çox qorxunc hadisədir. Din xadimləri bu məsələdə aydın mövqe tutmalıdırlar. Altı yaşlı qızla evlənmənin, bu azğınlığın dinlə, islamla heç bir əlaqəsi olmadığı vurğulanmalıdır”.
Digər Xəbərlər
20 Sentyabr 2026 18:46
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
20 Sentyabr 2026 16:02
Rusiyada ayı 2 nəfəri parçaladı
20 Sentyabr 2026 14:10
İran Hörmüzlə bağlı son qərarını açıqladı
20 Sentyabr 2026 13:36
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10


Bakı -°C

