10 Avqust 2025 22:10
172
DÜNYA

Türkiyədə güclü zəlzələ:10 bina uçdu - VİDEO -YENİLƏNİB

Balıkesirdə baş vermiş 6,1 bal gücündə zəlzələ zamanı 10 bina uçub.

Adalet.az xəbər verir ki, bu barədə Balıkesir Bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

 Bəzi bölgələrlə əlaqə kəsilib. Dağıntıların altında insanların qalıb-qalmaması barədə hələ məlumat yoxdur

 

21:26

Balıkesirdə 4.6 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Adalet.az xəbər verir ki, zəlzələ zamanı bir binanın çökdüyü bildirilir. 

 

21:05

Türkiyədə güclu zəlzələ olub.

Adalet.az bu barədə AFAD-a istinadla xəbər verir.

Məlumata görə, yeraltı təkan Türkiyə vaxtı ilə saat 19.53-də qeydə alınıb.

Balıkesirdə  6.1 bal gücündə olan zəlzələ İstanbul, İzmir olmaqla bir sıra ətraf şəhərlərdə də hiss edilib.

Zəlzələ 11 km dərinliyində olub.