Türkiyədə iqtisadi artım ardıcıl 20 rübdür davam edir - Vitse-prezident

Türkiyə hökumətinin makroiqtisadi sabitliyə və struktur islahatlara yönəlmiş səyləri zamanın sınağından çıxıb. Son illərdə əldə edilən nailiyyətlər və 2026–2028-ci illəri əhatə edən Orta Müddətli İnkişaf Proqramı ölkə iqtisadiyyatının bünövrəsini daha da möhkəmləndirəcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz cari ilin ikinci rübünə dair statistik göstəriciləri şərh edərkən deyib.
Vitse-prezidentin sözlərinə görə, 2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz böyüyüb.
“Regionda və qlobal miqyasda gərginliyin davam etməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatı müsbət artımını qoruyur”, – deyə o, vurğulayıb.
Yılmaz əlavə edib ki, hesabat dövründə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə orta iqtisadi artım 1,7 faiz, avrozona üzrə isə 1,4 faiz təşkil edib.
Vitse-prezidentin sözlərinə görə, Türkiyə iqtisadiyyatı artıq ardıcıl 20 rübdür böyümə nümayiş etdirir.
Yılmaz, həmçinin qeyd edib ki, bu ilin ikinci rübünün nəticələrinə əsasən, Türkiyənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 1 trilyon 474 milyard dollar, adambaşına düşən ÜDM isə 17 min dollara yaxın olub.
Digər Xəbərlər

Rusiya Odessa və Nikolayev vilayətlərini özününki hesab edir..?

Husilər İsraili təhdid edir

Qazaxıstan və Çin 15 milyard dollarlıq müqavilələr imzalayıb

Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub

"CNN": "Titanik"in axtarışları ABŞ HDQ-nin əməliyyatını gizlətmək məqsədi daşıyıb

Tramp: Meksikanı narkokartellər idarə edir

Zelenski: Payızda mövqelərimizi möhkəmləndirmək üçün mümkün olan hər şeyi etməliyik
