02 Avqust 2024 14:57
84
DÜNYA

Türkiyədə İŞİD əməliyyatı - 99 nəfər saxlanıldı

İŞİD terror təşkilatına qarşı əməliyyatlar qeydə alınıb.

Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Baş Təhlükəsizlik Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə həyata keçirilən “Gürz-4” əməliyyatlarında 99 şübhəli şəxs saxlanılıb.

Qeyd edək ki, sözügedən əməliyyatlar Türkiyənin 26 şəhərində 3 gün müddətində davam edib.