Artilleriya bölmələrinin xüsusi təlimi keçirilir - VİDEO
![](https://adalet.az/uploads/img/posts/2024/08/02/13jpg-1722603659.jpg)
Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib.
Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/08/02/24jpeg-1722604562.jpeg)
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni sədr təyin edilib
![](https://adalet.az/uploads/img/posts/2024/08/02/10jpg-1722602375.jpg)
İcra başçısı müavinini işdən çıxarıb
![](https://adalet.az/uploads/img/posts/2024/08/02/18jpg-1722583631.jpg)
Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi
![](https://adalet.az/uploads/img/posts/2024/08/02/15jpg-1722580035.jpg)
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı
![](https://adalet.az/uploads/img/posts/2024/08/01/21png-1722520072.png)
COP29 ƏŞ beynəlxalq fotomüsabiqə elan edir
![](https://adalet.az/uploads/img/posts/2024/08/01/16jpg-1722519298.jpg)
Təşviqat üçün MSK-ya müraciət edən media subyektlərinin sayı açılqandı
![](https://adalet.az/uploads/img/posts/2024/08/01/15jpg-1722519228.jpg)
Bu halda dövlət qulluqçularının ömürlük müavinəti dayandırılacaq
![](https://adalet.az/uploads/img/posts/2024/08/01/12jpg-1722518961.jpg)