Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi
Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Adalet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulmasıdır.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar sözügedən müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Hacıbəyli küçəsi və Vaqif prospekti ilə təşkil edilib.
Digər Xəbərlər
02 Avqust 2024 17:15
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni sədr təyin edilib
02 Avqust 2024 16:59Artilleriya bölmələrinin xüsusi təlimi keçirilir - VİDEO
02 Avqust 2024 15:50İcra başçısı müavinini işdən çıxarıb
02 Avqust 2024 10:26Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı
01 Avqust 2024 17:47