02 Avqust 2024 19:34
85
İDMAN

Hidayət Heydərov: “Eyfeldə izdihamın dəstəyini hiss etmək xüsusi idi” 

“Birlikdə tarix yazdıq”.

Adalet.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) sosial şəbəkədə hesabında paylaşıb.

Olimpiadada qaliblər üçün Eyfel qülləsi ərazisində “Çempionlar Parkı” yaradılıb. Burada azarkeşləri ilə görüşən Heydərov təəssüratlarını bölüşüb: “Paris-2024 Olimpiya Oyunlarının “Çempionlar Parkı”nda iştirak etmək unudulmaz təcrübə idi. Eyfel qülləsinin altında izdihamın dəstəyini hiss etmək həqiqətən xüsusi idi. Alqışlayan və dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Paris-2024-də Heydərovla yanaşı, cüdoçu Zelim Kotsoyev (100 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.