Azərbaycan cüdoçusu qələbə qazandı
![](https://adalet.az/uploads/img/posts/2024/08/02/34jpg-1722586854.jpg)
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Adalet.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.