02 Avqust 2024 14:59
89
İDMAN

"Çelsi" futbolçusunu icarəyə verib

İngiltərənin "Çelsi" klubu futbolçusu Andrey Santosu yenidən icarəyə verib.

Adalet.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə Fransanın "Strasburq" komandasının formasını geyinəcək.

Qeyd edək ki, Santos 2023/2024 mövsümünün ikinci yarısında da Liqa 1 təmsilçisində çıxış edib.