Türkiyədə zəlzələ oldu
Türkiyənin Ərzincan vilayətində 4,1 maqnitudada zəlzələ baş verib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə vilayətin Refahiye rayonunda qeydə alınıb.
Məlumata görə, zəlzələ ocağı 9,48 km dərinlikdə yerləşib.
Təbii fəlakətin təsirləri barədə hələ ki məlumat yoxdur.
Digər Xəbərlər
14 Yanvar 2025 18:05