Türkiyədən Vaşinqton razılaşmasına MÜNASİBƏT

“Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən və bu gün Vaşinqtonda bununla bağlı ifadə olunan iradədən məmnunuq”.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunan üçtərəfli razılaşmalarla bağlı "X"dəki səhifəsində yazılıb.
"Qlobal gərginlik və böhranların getdikcə artdığı bu dönəmdə atılan bu addım regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. ABŞ hakimiyyətini prosesə verdiyi dəstəyə görə təqdir edirik. Cənubi Qafqazda hüzur və rifahın təmin olunması üçün tarixi fürsət əldə olunub. Türkiyə olaraq bu fürsətin reallaşması üçün ortaya qoyulan səylərə töhfə verməyə davam edəcək və can Azərbaycanın məhsuldar səylərini dəstəkləyəcəyik", - paylaşımda qeyd olunur.
Digər Xəbərlər

Azərbaycan Prezidenti: Ədalətsiz 907-ci düzəlişin mənim iştirakımla ləğv edilməsi rəmzi xarakter daşıyır

Prezident: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanması çox çəkməməlidir

Prezident: Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib

Regionun tarixini dəyişən sənəd və imzalar - FOTOLAR

Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb

İlham Əliyev: Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi

Birgə bəyannamə: Gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik
