Türkiyədən Yunanıstana NOTA
Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nətcəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.
Adalet.az xəbər verir ki, Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Ədirnə vilayətinin Meriç rayonunun Yunanıstanla sərhəddə yerləşən Adasarhanlı kəndində 43 yaşlı Məhməd Durğun mülki geyimli yunanlar tərəfindən açılan atəş nəticəsində həlak olub.
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41