Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu
Oktyabr ayının 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi ilə görüşüblər.
Şuradan Adalet.az-a bildirilib ki, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev iki qardaş ölkə, o cümlədən dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mehriban dostluğun, qardaşlıq münasibətlərinin, yüksəksəviyyəli səfərlərin və qarşılıqlı etimadın əlaqələrimizin gündən-günə yüksələn xətlə daha da inkişaf etməsində mühüm rol oynadığını deyib. Vətən müharibəsindən sonra azad olunmuş ərazilərimizdə böyükmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, həmvətənlərimizin mərhələli şəkildə öz doğma yurdlarına qayıtdıqlarını qeyd edən E.Quliyev Azərbaycanın bu haqq-ədalət savaşında ölkəmizə ən böyük dəstək verən ölkənin qardaş Türkiyənin olduğunu bir daha xatırladıb. O, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti ilə yaxın münasibətlərdən söz açıb.
Sonra Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərini və Türk dünyasında ağsaqqallar institutunun inkişafına verdiyi töhfələrə görə TBMM-in üzvlərinə - Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma, Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özərə, Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdemə “Fəxri ağsaqqal” döş nişanları təqdim edilib.
Türk deputatlar onlara göstərilən yüksək diqqət və etimada görə minnətdarlıqlarını bildirib, Azərbaycanla Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin daim inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

