adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2024 12:31
387
GÜNDƏM

Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”

“Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edənə qədər Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət etmək missiyasını uğurla davam etdirib”.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Qərargah rəisi general Levent Ergün deyib.

O bildirib ki, beləliklə, Azərbaycan və Ermənistanın sülh istiqamətində atdığı addımlar dünya ictimaiyyəti tərəfindən izlənilib.