adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 May 2024 16:17
453
GÜNDƏM

Sabiq baş nazir də keşişlərə qoşuldu:"Bir nəfəri işdən çıxarmaq lazımdır" - VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Paşinyaın və onun qurduğu hakimiyyətin qatı müxaliflərindən olan arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi hərəkatın İrəvana yürüşü davam edir.


Adalet.az xəbər verir ki, Ermənistanın bir sıra nüfuzlu siyasi və ictimai şəxslər “müqəddəs “ Baqrata qoşulur. Qoşulanlardan biri də Ermənistanın keçmiş baş naziri Hrant Baqratyandır . Bu gün yürüşə hansı məqsədlə qoşilduğunu soruşan jurnalistə Baqratyan gülərək cavab verib: “Bir nəfər var ki, onu işdən çıxarmaq lazımdır”.

Yürüşə  Qarabağda  döyüşlərdə terrorçu kimi iştirak edib, sonradan keşişlik edən,  Xudavəng monastr kompleksinin drektoru olmuş keşiş Hovhannes Hovhannisyan da qoşulub.
Xatırladaq ki, kilsənin hakimiyyətə qarşı başlatdığı hərəkatın iştirakçılarının, xüsusən də Azərbaycanla sərhəddən – Kirants kəndindən delimitasiyaya etiraz və işğala dəstək olaraq İrəvana doğru başlayan yürüşün “lideri” keşiş Baqratın İrəvana girişi mayın 9-na planlaşdırılıb.

 Əntiqə Rəşid