Türkiyəli nazir: "İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik"
Türkiyə İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirməyi planlaşdırır.
Adalet.az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son zamanlar Orta Dəhlizin inkişafı istiqamətində bir sıra addımlar atılır: "Azərbaycan da bu dəhlizin mühüm iştirakçılarındandır və dəhlizin inkişafı istiqamətində sərmayələr yatıraraq mühüm işlər görür. Biz də Orta Dəhlizi dəstəkləmək üçün işlər həyata keçirir, İnkişaf Yolu Dəhlizi üzərində işlər aparırıq. Belə ki, Fars körfəzindən başlayaraq 1 200 kilometrlik yol qət edib Türkiyəyə çatan bu dəhlizi Orta Dəhlizlə birləşdirərək Avropaya çatdırmaq istəyirik".
A. Uraloğlu qeyd edib ki, Türkiyənin də iştirak etdiyi Orta Dəhlizdə elektrikli qatarların və lokomotivlərin fəaliyyəti barədə müzakirələr aparılır.
Digər Xəbərlər
10 Dekabr 2025 20:00
Yaponiyada güclü zəlzələ oldu
10 Dekabr 2025 19:51
Ərdoğan Türkmənistana gedəcək
10 Dekabr 2025 15:33
İrəvan Bakı ilə tam ticarətə hazır olduğunu açıqladı
10 Dekabr 2025 13:59
ABŞ-dən Türkiyənin "F-35" proqramına qayıtması ilə bağlı inadından dönmür
10 Dekabr 2025 13:06
"Bu, Ermənistan və Azərbaycan üçün birgə nailiyyətdir" - Paşinyan
10 Dekabr 2025 11:38
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin – FOTOLAR
10 Dekabr 2025 11:37
Rusiya bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq - Politoloq
10 Dekabr 2025 11:34


Bakı -°C

