Türkiyənin təcrübəsini götürürsünüz, meyarlarını da götürün: Axı, Aygün hara, "Qarabağ" hara?
Deyilənə görə , Azərbaycan Kubokunun finalında “Qarabağ” və “Zirə” klubları üz-üzə gələcəklər. Oyuna biletlərin qiyməti yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.
Sonra da deyirlər ki, Azərbaycan Kubokunun finalından əvvəl Aygün Kazımovanın iştirakı ilə konsert proqramı olacaq.
Peşəkar Futbol Liqasından Xalq artisti iyunun 2-də baş tutacaq mövsümün son matçından əvvəl təşkil olunacaq konsert proqramına dəvət alıb.
Tədbir saat 19:00-da başlayacaq.
Belə baxanda heç də pis xəbər deyil, Aygünün pərəstişkarları, "Qarabağ"ın fanatları yığışıb gələcək matça.
Əslində Türkiyədən götürülmüş bir təcrübə olsa da bizdə futbolda konsert vermək haqqı olan elə bir müğənniyə rast gəldiyimi yadıma sala bilmirəm.
Türkiyənin dünya miqyasında tanınan xeyli futbol komandası var: "QAlatasaray" , "Fenerbahçe", Beşiktaş" , Trabzonspor" və s. Yəqin ki, siz də dəfələrlə müşahidə etmisiniz ki, həmin komandaların oyunu olanda Türkiyənin ən məşhur şarkıçıları (müğənniləri), oyunçuları (aktyorları) həmin matçlarda komandasına dəstək olmaqla yanaşı qələbəyə həvəsləndirməkdədə öndə olurlar.
Bir fakt söyləyim: Deməli, "Fenerbahçe" heyranı olan məşhur türk müğənnisi Alişan komandasına dəstək olaraq matça gəlib, orda o qədər fəallıq nümayiş etdirmiş, futbolçuları həvəsləndirmək üçün o qədər çığırıb-bağırmışdı ki, boğazında problem yaranmış, uzun müddət mahnı oxumaqdan kənarda qalmışdı.
İbrahim Tatlıses kimi bir imperator hazır kı əlil durumu ilə də öz komandasının oyunlarından birindən də qalmır. Hər zaman istər maddi, istər mənəvi cəhətdən "Fənərbahçe"ni dəstəkləyib.
Yəni, diğər komandaların heyranı olan türk məşhurlar da eyni dəstəklərlə komandasının yanında olub. Kimə fanatlıq etdiyini dəfələrlə nümayiş etdirib. Belə şarkıçıların komandalarının görüşündən əvvəl konsert verməsi əlbəttə ki, halal haqlarıdır.
Keçək bizim ölkəyə. Hazırda Aygün Kazımovanın 54 yaşı var. onun 30 ilini məşhur müğənni olaraq yaşayıb. Nə vaxt onu hansısa komandaya maddi və mənəvi dəstəyini gördünüz? Nə vaxt Qarabağ -Zirə oynunda konsert vermək haqqını aldı?
Ümumiyyətlə, Aygün Kazımovanın hansısa bir idman yarışında tamaşaçı kimi gördünüzmü?
Ümumiyyətlə, digər İctimai hadisələrdə, məsələn, 2020-ci ildə 44 günlük müharibə dövründə orduya yardım apardığını, müharibə bitəndən sonra yaralıları hər hansı bir stadiona yığıb onlar üçün "sağ-salamat" dedimi? Qalib orduya hərbi hissələrdə konsert proqramı ilə çıxış etdimi?
Hə yadıma düşmüşkən, "haqqına" girməyim, bunu da qeyd edim: Deməli, ölkədə səfərbərlik dönəmində (2020-ci ilin avqustu) xalq artistimiz Hacı Nuranla hərbi geyimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında şəkil çəkdirdilər. Pəh, 2 gün mediamız bu "böyük olay"ı yazdı. Sonra onları nə bombardman olunan şəhərlərdə (Gəncə, Bərdə, Tərtər, Quzanlı) işinə-tozuna rast gəldik, nə də bir dəfə müharibədə şəhid olmuş ailələrə təsəlli vermək üçün Qarabağa gəldiyini gördük.
Sonda bu yazını yazmaqda məqsədim o idi ki, Türkiyədən təcrübəni götürürsünüz, götürün, etirazımız yoxdur, amma, sən Allah o təcrübəni götürüb tətbiq edən də Türkiyənin meyarları ilə tətbiq edin, bizim məmurların yox...
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Sentyabr 2026 10:36
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
18 Sentyabr 2026 09:47
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
17 Sentyabr 2026 12:03
Nazilə Səfərli: “Uşağa, xalqa niyə zülm edirsiniz?!”
17 Sentyabr 2026 11:54
Niyam Salami: “Xarakterimiz uyğun gəlmir”
17 Sentyabr 2026 11:40
Xalq artisti: “Azadlığı pozğunluqla qarışdırmaq olmaz”
17 Sentyabr 2026 10:23
Rusiyalı modelin qətlində ittiham olunan şəxs saxlanıldı
16 Sentyabr 2026 15:14
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - VİDEO
16 Sentyabr 2026 14:23


Bakı -°C



