UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
Adalet.az xəbər verir ki, buna UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.
Qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər Xəbərlər

"Formula 1" Monako Qran-prisi ilə müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb

Onlar DÇ-2026-da iştirak edəcəklər

Messi daha bir rekorda şərik oldu

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

DÇ-2026-nın seçmə mərhələsi: Millimiz İslandiyanın qonağı olacaq

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi

"Azərbaycan yığması ilə matçda qalib gəlməliyik" - Qunnlauqsson
