03 Iyul 2024 17:11
326
DÜNYA

"Ukrayna Azərbaycan qazının Aİ-yə tədarükü ilə bağlı danışıqlar aparır" - Zelenski

Ukrayna tranzit ölkə rolunu qorumaq və qərb qonşularına enerji təhlükəsizliyini təmin etməkdə kömək etmək üçün Azərbaycandan təbii qazın Avropa İttifaqına tədarükü ilə bağlı danışıqlar aparır.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb. 

Zelenski "Bloomberg"ə müsahibəsində deyib ki, Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi müqaviləsi hazırda müzakirə olunan təkliflərdən biridir: "Nazirlər Kabinetinin üzvləri bununla məşğuldur".