Ukrayna azərbaycanlıların idarə etdiyi daha bir GƏMİNİ VURDU - VİDEO
İyulun 10-u Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi bir gəmiyə də zərbə endirilib.
Adalet.az Medianews.az-a istinadən xəbər verir ki, dron hücumu nəticəsində “Turbo SM” adlı gəminin ön tərəfi, üstü zədələnib, arxa lövbəri qopub.
“Turbo SM” quru yük gəmisidir, Komor adaları bayrağı altında üzür, dron hücumu zamanı Azov limanında dayanıbmış.
Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı azərbaycanlıdır. Xoşbəxtlikdən “Turbo SM”də heç kim yaralanmayıb. “Turbo SM” dron zərbəsinə məruz qalmamışdan əvvəl gəmidəki həmyerlilərimiz ətrafdakı gəmilərə hücumları videoya çəkirmişlər.
Xatırladaq ki, iyunun 5-i Azov dənizində dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuş, 25 nəfər Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı.
Digər Xəbərlər
26 Avqust 2026 11:00
Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb
25 Avqust 2026 17:27
Bakıda məşhur gecə klubunda yanğın - YENİLƏNİB
25 Avqust 2026 17:00
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
25 Avqust 2026 15:56


Bakı -°C

