Sabah yağış yağacaq
Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu abrədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
Digər Xəbərlər
26 Avqust 2026 10:30
Alyona Əliyeva Mehriban Əliyevanı təbrik etdi
26 Avqust 2026 10:25
“Xocalının qisası ləngisə də fidanı səhrada bitirən Allah bunu reallaşdırdı”
26 Avqust 2026 00:10
Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 Avqust 2026 00:02
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41
"Azəripək" "Azərxalça"ya birləşdirilib
25 Avqust 2026 15:58


Bakı -°C

