Ukrayna kəşfiyyatına o rəhbərlik edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşşenkonu Baş Kəşfiyyat İdarəsinin yeni rəhbəri təyin edib.
Adalet.az xəbər verir ki, bu barədə dövlət başçısı öz teleqram kanalında yazıb.
“Bu gündən etibarən Oleq İvaşşenko dövlətimizə xidmət etməyə və Ukraynanın hərbi kəşfiyyatı mövqeyində Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üzrə tapşırıqları yerinə yetirməyə davam edəcək”, - Zelenski bildirib.
Xatırladaq ki, Zelenski daha əvvəl Kirill Budanovu Ukrayna Prezidentinin Ofisinin rəhbəri təyin edib. Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak korrupsiya qalmaqalından sonra noyabr ayında tutduğu vəzifədən istefa verib.
Digər Xəbərlər
25 Yanvar 2026 14:21
Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu
25 Yanvar 2026 14:15
Rusiya Ukraynanın itkilərini yenilədi
25 Yanvar 2026 13:58
ABŞ “Tomahawk” raketlərini modernləşdirir
25 Yanvar 2026 09:43
Fransa hökumətində dəyişikliklərin edilməsi gözlənilir
25 Yanvar 2026 09:22
Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı
25 Yanvar 2026 09:15
Ukrayna NATO ilə Rusiya arasında "bufer zona" olmalıdır - Orban
25 Yanvar 2026 09:02
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi
25 Yanvar 2026 09:00


Bakı -°C

