Ukrayna millisinin sabiq kapitanı barədə cinayət işi AÇILDI
Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçi heyətində çalışan Anatoli Timoşçuk barəsində cinayət işi açılıb.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğunun rəsmi saytı məlumat yayıb.
Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 111-2-ci maddəsi üzrə açılıb. Timoşçukun Rusiya ordusunu maliyyələşdirməkdə şübhəli bilindiyi bildirilir. Bu maddə üzrə maksimal cəza 12 il azadlıqdan məhrumetmədir.
İttihamların mahiyyəti 2024-cü ilin sentyabrında keçirilmiş “Zenit” və “Kayrat” komandaları arasındakı yoldaşlıq oyunu ilə əlaqələndirilir. Anatoli həmin oyunda iştirak edib. By qarşılaşmada “Zenit” futbolçuları Leninqrad mühasirəsi qurbanlarının xatirə gününə həsr olunmuş xüsusi köynəklərlə meydana çıxıblar. Oyundan sonra iştirakçıların imzası olan bu köynəklər hərraca çıxarılıb. Rusiya tərəfi iddia edir ki, əldə olunan gəlir Kursk vilayətində zərərçəkmiş sakinlərə göndərilib. Lakin Ukrayna prokurorluğunun nümayəndələri hesab edir ki, həmin pullar Rusiya ordusunun hərbçilərinə yönəldilib.
Digər Xəbərlər
18 Noyabr 2025 11:38
Bu gün Tramp və Ronaldo arasında görüş olacaq
18 Noyabr 2025 09:21
Arda Rusiyanın raket zərbələrindən necə gizləndiyindən danışdı
17 Noyabr 2025 16:28
Uşaqlara meydan(ça) verin... - Elşad Paşasoy yazır
17 Noyabr 2025 15:23


Bakı -°C

