Ukrayna münaqişəsinin tezliklə bitəcəyini gözləmirəm - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini bildirib.
Adalet.az xəbər verir ki, bunu o, İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinə buraxılış mərasimində çıxışı zamanı deyib.
“Rusiya ilə Ukrayna arasında müharibə təxminən iki il yarımdır ki, davam edir. Tərəflərdən heç birinin digəri üzərində tam üstünlük əldə edə bilməyəcəyi münaqişə əhəmiyyətli itkilərə və dağıntılara səbəb olur. Təəssüflə etiraf edirəm ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur”, – Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə “müharibə tacirlərindən başqa heç kimə faydası olmayan” münaqişəni dayandırmaq üçün “mümkün olan hər şeyi edir”.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

