Ukrayna PUA-ları Rusiya ərazilərini hədəfdə saxlayır
Rusiyanın Belqorod viıayətinin qubernatoru Vyaçeslav Qladkov, Telegram-kanalında bildirir ki. Ukraynanın pilotsuz uçuş aparatları Şebekino rayonunda çoxmənzilli binalara hücum edib.
"PUA-lardan biri mənzilin pəncərəsinə dəyib və mənzilə zərər vurub. İkinci dronun zərbəsindən sonra binada yanğın başlayıb"-deyə Qladkov bildirib.
PUA-ların hücumları zamanı zərərçəkənlər barədə isə heç bir məlumat verilməyib.
Hadisə yerinə gələn təcili xidmət yanğını söndürməyə nail olub.
Bir gün əvvəl, Ukrayna hərbiçilərinin vilayətin Yeni Voljonka kəndinə açdığı atəş nəticəsində biri uşaq olmaqla üç nəfərin yaralandığı bildirilir.
Rüstəm Hacıyev