Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

Ukraynanın Təhlükəsizlik Xidmətinin "A" Mərkəzi Xüsusi Əməliyyatlar Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) 1 400 km məsafədə Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Orsknefteorgsintez" neft emalı zavoduna zərbə endiriblər.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki bir mənbə "İnterfax-Ukrayna" agentliyinə məlumat verib.
Məlumata görə, zavodda təxliyə elan olunub. Orskın yerli hökuməti sakinləri sakit qalmağa çağırıb.
Ukraynanın Təhlükəsizlik Xidmətindən vurğulanıb ki, Rusiyanın neft-qaz infrastrukturuna zərbələr bu ölkənin iqtisadiyyatını zəiflətməyə yönəlib:
"Artıq Rusiya neft emalı zavodlarının təxminən 40 %-i fəaliyyət göstərmir və biz bu göstəricinin artırılması üzərində çalışacağıq".
Digər Xəbərlər

Britaniyada matəm elan edilib

Rusiyada An-2 təyyarəsi qəzaya uğradı - Ölənlər var

Rusiya Ukraynada 7 yaşayış məntəqəsini ələ keçirib

Suriya hökuməti Əs-Suveydada parlament seçkiləri keçirməyəcək

“Rusiyanın döyüş tempi zəifləməyə doğru gedir” – Politoloq

"Ankara nüvə proqramı ilə bağlı Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasına qoşulub"

Türkiyədə İsrailə casusluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb
