Bu restoranlarda vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb
Göyçay və Ağdaş rayonlarında restoranlarda monitorinq zamanı vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Belə ki, Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev Rübayıl Akif oğluna məxsus "Göygöl" restoranında bir baş meymun və üç baş qırqovulun saxlanıldığı müəyyən edilib.
Həmçinin Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus "Sərin" restoranında isə yeddi baş çöl quşunun (iki baş qırqovul, üç baş kəklik və iki baş ördək) baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.
Sahibkarlıq subyektlərinə heyvan və quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C

