Ukrayna Silahlı Qüvvələri İran PUA-larının zəif tərəflərini açıqladı
“İranın PUA-ları Rusiya tərəfindən irəliləyişə çevrilə biləcək bir silah - bir növ supernailiyyət və ya “vundervaffe” kimi qəbul edilir”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevatıy bildirib.
Onun sözlərinə görə, İran PUA-larının döyüş keyfiyyətləri olduqca aşağı səviyyədədir:
“İranlılar öz PUA-larını SEPAH-ın vura bildiyi və ya əldə edə bildiyi ABŞ və İsrail PUA-larını öyrəndikdən sonra yaradıblar. Hər halda replika yaxşı alınmayıb”.
PUA-ların çatışmazlıqlarından danışan Çerevatıy qeyd edib ki, o, çox səs-küylüdür və bir neçə kilometrdən səsi eşidilən mühərriki ilə uzaqdan müəyyən edilir.
Onun sözlərinə görə, hazırda hava hücumundan müdafiə sistemi İran PUA-larına qarşı mübarizə metodu üzərində işləyir və bu təhlükə aşkar olunan kimi tezliklə məhv ediləcək.
Digər Xəbərlər
01 Aprel 2026 09:53
Tramp bu gün xalqa müraciət edəcək
01 Aprel 2026 09:40
Krımda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb - Sağ qalan yoxdur
01 Aprel 2026 09:31
Pezeşkian və Əraqçi Tehranda mitinqə qatıldılar - VİDEO
01 Aprel 2026 08:59


Bakı -°C

