adalet.az header logo
  • Bakı -°C
02 Yanvar 2024 18:32
480
DÜNYA
A- A+

Ukrayna yenə Belqorodu vurdu: ölən var

Ukrayna ordusu Belqorod şəhərini yenidən raket atəşinə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Adalet.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

“Raketlərdən bəziləri mülki obyektlərə və yaşayış binalarına düşüb”, - o vurğulayıb.

Qeyd edək ki, 30 dekabr 2023-cü ildə Ukraynanın Belqorod şəhərini atəşə tutulması nəticəsində 24 nəfər ölüb, 108 nəfər isə yaralanıb.